Onlayn kredit nədir?

Kredit- maliyyə vasitəçiləri olan banklar tərəfindən təklif olunan bir məhsuldur.Kreditin istifadə qaydası isə, çox sadədir: Müştəri bank ilə bankın spesifik kredit qaydalarını özündə əhatə edən müqaviləni imzalayır və hər iki tərəfin razılaşmasından sonra, müştəri xidmətdən yararlanır.

Bəs onlayn kredit sifarisi üçün lazımi şərtlər nələrdir ?

Onlayn kredit götürmək istəyən şəxslərdən adətən bu məlumatlar tələb oluna bilər:

  • Şəxsiyyət vəsiqəsi məlumatları
  • Gəlir haqqında məlumatlar
  • İş yeri haqqında
  • Əlaqə məlumatları və s.

Onlinekreditkalkulyatoru necə isləyir ?

Onlayn kredit kalkulyatoru sizin maaşınıza, seçdiyiniz faizə, kredit müddətinə və miqdarına uyğun sizə aylıq ödəyəcəyiniz məbləği təyin etməyə kömək edən vasitədir.

Onlayn Kreditin üstünlükəri nələrdir ?

Müasir dövrdə geniş yayılmış kredit növlərindın biri də onlayn kreditlerdir və bunda əlavə bu kredit növünün müştəri üçün bir sıra üstünlükləri var :

  • Tez və Rahat Müraciət: Onlayn krediti sifariş və əldə etmək üçün banka getməyə ehtiyac yoxdur. Evinizdən və ya ofisinizdən internet vasitəsilə rahat şəkilfə və tez müraciət edə bilərsiniz.
  • Tez Təsdiq: Ənənəvi kreditlərdən fərqli olaraq, onlayn kredit müraciətləri adətən daha sürətli təsdiq olunur. Hətta bəzən bu vaxt bir neçə dəqqiqə ola bilər
  • Ətraflı Müqayisə: Müxtəlif kredit təkliflərini asanlıqla müqayisə edə və sizin üçün ən əlverişli şərtləri seçə bilərsiniz.
  • 24/7 Əlçatanlıq: Ənənəvi kreditlərdən fərqli olaraq, Onlayn kreditlər günün istənilən vaxtında müraciət etmək imkanı verir (Hətta həftəsonları və ya digər qeyri-iş günləri).

Onlayn krediti nə üçün istifadə edilə bilər ?

Onlayn kreditlərdən istifadə sizin şəxsi istifadənizdən və məqsədlərinizdə asılı olaraq dəyişə bilər. Lakin bu kreditlər daha çox aşağıdakı sahələrə istifadə etmək üçün götürülür:

  • Ev və ya avtomobil almaq
  • Biznes fəaliyyətini genişləndirmək
  • Gündəlik ehtiyacları qarşılamaq
  • Təhsil xərclərini ödəmək
  • Sağlamlığı üçün istifadə etmək və s.

Onlayn Kredit zamanı ola biləcək risklər

Hər kredit növü kimi Onlayn kreditin də bir çox riskləri var. O risklərdən bəziləri bunlardır :

  • Yüksək Faiz Dərəcələri: Bəzi onlayn kreditlər ənənəvi bank kreditlərindən daha yüksək faiz dərəcələrinə malik ola bilər.
  • Geri Ödənilməməsi Halında Təhlükə: Kreditin vaxtında geri ödənilməməsi borcun daha da artmasına və kredit tarixçəsinə mənfi təsir edə bilər.
  • Müqaviləni Dəqiq Oxumaq: Onlayn kredit müqaviləsini diqqətlə oxumaq və bütün şərtləri anlamaq vacibdir.
Categories: