Cibimizdə pul varsa, onu xərcləmədən dayanmaq çətindir. Nə qədər pulun var, o qədər xərcin var deyimini də tez-tez eşidirik. Amma bir də pulun sizə daha çox pul qazandırdığı məqamlar da var. Bəli, pulunuz sizə pul qazandıra bilər. Necə? Qısa sualın özü kimi qısa cavabı var: Depozit. Bəs depozit nədir? Necə pul qazandırır?
Depozit nədir?
Bankların reklamlarında mütəmadi olaraq depozit qoymaqla bağlı müxtəlif çağırışlara rast gəlirik. Banklar öz müştərilərini depozitlər üzrə fərqli faiz dərəcələri ilə əlavə gəlir qazanmağa dəvət edir. Depozit fiziki və ya hüquqi şəxsin müəyyən məbləğdə vəsaiti bankda saxlaması və bunun müqabilində faiz gəliri əldə etməsidir. Banka depozit qoymaq pul yığmaq və əlindəki pul üzərindən passiv gəlir qazanmaq üçün ideal üsullardan hesab edilir. Bank bu vəsaiti müxtəlif maliyyə əməliyyatlarında istifadə edir və əldə olunan gəlirin müəyyən hissəsini depozit sahibinə faiz kimi ödəyir. Depozitlər adətən müəyyən müddət üçün yerləşdirilir və müddət bitdikdə əsas məbləğlə birlikdə depozit faizleri gəliri də müştəriyə geri ödənilir. Bir növ maddi vəsaitinizi banka əmanət etmiş olursunuz.
Beş dəqiqəyə depozit hesabı açın!
Depozit hesabını bank filialına yaxınlaşaraq və onlayn şəkildə açmaq mümkündür. Növbələrdə gözləmədən və vaxt itirmədən online depozit hesabı açmağınız tövsiyə olunur. Bu, bir neçə dəqiqə vaxtınızı alacaq. Bankların veb-saytları və ya mobil tətbiqləri vaistəsilə bunu reallaşdırmaq mümkündür.
Depoztin növünü, faizini və müddətini də siz seçin!
Depozit qismində pul vəsaitləriniz və dəyərli əşyalarınız (qızıl-zinət əşyaları, səhmlər və s.) da çıxış edə bilər. Hazırda ölkəmizdə manat, avro və dollar olmaqla üç valyuta üzrə əmanət hesabı açmaq mümkündür. Depozitin geri götürülmə müddəti banklardan asılı olaraq, adətən üç aydan başlayır və 36 aya, yaxud daha uzun müddətə qədər dəyişə bilir. Müddət uzandıqca əldə olunacaq gəlir faizi də paralel olaraq artır. Faiz gəlirlərini aylıq yaxud müddətin sonunda götürmək mümkündür. Müqavilə imzalanarkən bu nüanslar öncədən razılaşdırılır. Depozit faizləri aylıq götürüləcəksə, bəzi banklarda müştərilərə pulsuz bank kartı da hədiyyə olunur.
Banklarda depozit faizləri necədir?
Banka depozit yerləşdirmək üçün işlərə ən sərfəli bank hesabını axtarmaqdan başlaya bilərsiniz. Bankların veb-saytlarına daxil olaraq bir-bir araşdırma etməyiniz, yaxud internetdə bank depozit faizleri 2024, bank depozit faizleri 2025 açar sözünü yazmaqla çıxan siyahıya nəzər yetirməyiniz məqəsədəuyğundur. Belə ki əlinizdəki pula, yaxud dəyərli vəsaitlərinizin qiymətinə uyğun əmanət yerləşdirməyiniz faydalı olar. Çünki banklarda depozit faizleri, minimum depozit məbləği, əmanətin qoyulma müddətləri və s. fərqlidir. Araşdırma edərkən bankların şərtləri barədə məlumatlarla tanış olacaqsınız. Bundan başqa, yerləşdirəcəyiniz əmanət üzrə nə qədər qazana biləcəyinizi öncədən hesablamaq da mümkündür. Bunun üçün depozit kalkulyatoru mövcuddur. Sözügedən alət vasitəsilə aylıq yaxud müddətin sonunda qazanacağınız gəlir faizini öyrənəcəksiniz. Bunun üçün əmanət məbləğini, əmanətin valyutasını və müddətini daxil etməyiniz kifayətdir.
Depozit qoyduqdan sonra məbləği artırmaq olur?
Banka depozit qoymaq zamanı müqavilənizdə əmanətinizə dair bütün nüanslar qeyd olunur. Bunlardan biri də əmanət hesabınızın artırılması ilə bağlıdır. Depozit yerləşdirdikdən sonra məbləği artırmaq mümkündür. Bank depozit faizleri də artıq yeni əmanət məbləğinə uyğun hesablanmağa başlayır.
Pulunuzu gələcək investisiya mənbəyinə çevirin!
Depozit hesabı açmaq pul qazanmaq vərdişlərindən hesab olunur. Biz isə vərdişlərimiz sayəsində yalnız gündəlik qərarlar vermirik, həm də gələcəyimizi formalaşdırırıq. Depozit hesabı açmaqla siz təkcə pul yığmırsınız, həm də özünüzə “Mən gələcəyimə dəyər verirəm” düşüncəsiylə yanaşırsınız. Sabah üçün ən güclü sərmayə indiki qərarınızdır. Sadəcə bir toxunuşla gələcəkdəki özünüzə pul göndərin.