Banka əmanət qoymaq ilə bağlı insanlar iki yerə ayrılır. Uzun müddətdir pul vəsaitini sevimli bankına etibar edərək əlavə faizlərdən qazananlar və hələ də bu mövzu ətrafında axtarış edənlər. Əgər sizdə ikinci kateqoriyaya daxilsinizsə, sizin üçün əmanətlərlə bağlı ən vacib məqamları təqdim edirik. Əslində birincilərin də məlumatlara göz atması faydalı olar. 

Əmanət nədir?

Əmanət müştərinin bankdakı hesabında mövcud olan, öncədən qarşılıqlı şəkildə razılaşdırılan müddət çərçivəsində qorunan və qarşılığında faiz gəliri qazandıran pul vəsaitləridir. Sadə dillə desək, pulunuzu təhlükəsiz yerdə saxladığınız və zamanla pulunuzdan pul qazana biləcəyiniz vasitədir. Əmanətlər növlərinə görə fərqlənir. 

Müddətli - yüksək əmanət faizləri vəd edir və müəyyən müddətlik yerləşdirilir; 

Yigim emaneti - vəsaitinizə aybaay əlavələr etməklə gəlirinizi artırmağa imkan verir;

Sərbəst əmanətlər - vəsaiti istədiyiniz vaxt çıxara bilərsiniz.

Əmanət hesabı necə açılır?

Banka müraciət edərək əmanət hesabı aça bilərsiniz. Əgər sizin bankda hesabınız varsa, əmanətinizi onlayn şəkildə də yerləşdirmək olar. Bunun üçün bankın veb-saytından, yaxud mobil tətbiqindən istifadə edə bilərsiniz. Banka şəxsiyyətinizi təsdiq edən sənəd (mygov tətbiqindəki rəqəmsal şəxsiyyət vəsiqəniz də keçərlidir) və pul vəsaitinizlə birgə yaxınlaşmağınız məqsədəuyğundur. Bir çox hallarda hesabınızı açdıqdan sonra pul vəsaitlərinizi onlayn şəkildə əmanət hesabınıza sonradan özünüz də yatırım edə bilərsiniz.

Əmanətdən necə pul qazanmaq olar?

Tutaq ki, əlinizdə 5000 manatınız var. Bu pulu 12 ay müddətinə 12%-lə banka yerləşdirsəniz, əlavə gəliriniz aylıq 50 manat, müddətin sonunda isə 600 manat olacaqdır. Heçnə etmədən 600 manat qazanmaq olduqca möhtəşəm fürsətdir. Əgər vergidən azad olmaq istəsəniz, müddəti minimum 18 aya artırmağınız lazım olacaq. Çünki adətən banklarda minimum 18 aydan başlayaraq yerləşdirilən əmanətlər vergidən azad olunur. Bu halda isə 5000 manat əmanətinizdən aylıq 50 manat, müddətin sonunda isə 900 manat qazanacaqsınız. Müxtəlif banklarda əmanət faizləri də fərqlidir. Yerləşdirəcəyiniz pul vəsaitinə uyğun nə qədər gəlir qazanacağınızı isə əmanət kalkulyatoru vasitəsilə hesablaya bilərsiniz. Bunun üçün əmanət məbləğini, müddətini və valyutasını emanet kalkulyatoru alətinə daxil edirsiniz və faiz gəliriniz avtomatik hesablanaraq ekranda görünəcək.

Əmanəti hansı müddətdə və məbləğdə yerləşdirmək olar?

Əmanətinizi yerləşdirmək üçün banklar adətən 3 aydan 36 aya qədər müddət təklif edir və müddət artdıqca faiz gəliri də yüksəlir. Daha çox qazanmaq üçün tövsiyə olunur ki, əmanətinizi 18 aydan başlayan müddətlərdə yerləşdirəsiniz. İlkin əmanət məbləği hazırda ölkəmizdə minimum 50 manatdan başlayaraq dəyişir. Məbləğin sonradan artırılması isə seçdiyiniz əmanət növündən asılıdır. Artırılacaq məbləğin miqdarı da öncədən razılaşdırılır. 

Yüksək faizli əmanətlər hansılardır?

Əgər daha çox qazanc əldə etmək istəyirsinizsə, əmanət növünü düzgün seçmək çox önəmlidir. Bu məsələyə bir çox aspektdən yanaşa bilərik. Əmanətin növləri cəhətdən yanaşsaq, müddətli əmanətləryigim emaneti digərlərinə nisbətən daha yüksək faiz təklif edir. Çünki müddətli əmanətlərdə müddətə görə faiz gəliri hesablanır, siz pulunuzu xərcləmirsiniz, üstəlik üzərinə pul gəlir. Yığım əmanəti isə sizə vəsaitinizin üzərinə əlavə pul yükləməyə imkan verir. Nəticədə məbləğ artdıqca faiz gəliri də yüksəlir. Bundan başqa, hazırda ölkəmizdə manat valyutası üzrə bank emanet faizleri daha yüksək olması ilə seçilir. Odur ki manat əmanət hesabı açmağınız məqsədəuyğundur. Ümumilikdə daha çox qazandıran əmanəti seçmək üçün bankların əmanət kalkulyatoru alətindən istifadə edərək müqayisə aparmağınız faydalı olar.

Əmanətiniz sizin üçün qazansın!

Pulunuzu sadəcə kənarda saxlamaqla kifayətlənməyin. Əmanət hesabı açaraq həm vəsaitinizi təhlükəsiz şəkildə qoruyursunuz, həm pul yığmış olursunuz, həm də əmanət faizləri üzrə gəlir əldə edirsiniz. Üstəlik banklar sizə emanet kalkulyatoru ilə gəlirinizi əvvəlcədən hesablamaq imkanı da yaradır. Müxtəlif bankların təkliflərini araşdırın, hesablamalar aparın və müqayisə edin. Bankların əmanət yerləşdirməklə bağlı şərtlərini də nəzərdən keçirməyi unutmayın. İndi zəmanə puldan pul qazanmaq zəmanəsidir!