Həyatımız boyunca bitib-tükənməyən xəyallarla yaşayırıq. Xəyallarımızı gerçəyə çevirmək üçün isə hədəflər təyin etmək və uyğun hərəkət planı hazırlamaq mütləqdir. Hədəflərimizdən, kim olduğumuzdan, harada yaşadığımızdan və digər bütün fərqliliklərdən asılı olmayaraq, bütün planlarımızın gerçəkləşməsi birbaşa büdcəmizdən asılıdır. Bir çox hədəflər, layihələr, biznes ideyaları bu səbəbdən fəaliyyətini dayandırır. Ancaq müasir dövrdə pul ilə hərəkət strategiyası dəyişib. İndi istədiyiniz məhsulu və ya xidməti almaq üçün mütləq böyük məbləğə sahib olmağa ehtiyac yoxdur. Kredit götürməklə hazırkı işlərinizi həll edə, həmçinin gələcək üçün investisiya mənbəyi yarada bilərsiniz. Bildiyiniz kimi saysız-hesabsız kredit növləri vardır. Onlar arasında girov krediti ən geniş yayılan məhsullardan biridir. Girovla kredit götürmək üçün ilk olaraq sahib olduğunuz daşınar və ya daşınmaz əmlaklarınızı nəzərdən keçirməkdə fayda var. Məsələn, ev girovu ilə kredit, yaxud torpaq girovu ilə kredit digər əmlaklarla müqayisədə daha böyük məbləğdə kredit əldə etməyinizi təmin edir. Gəlin daha ətraflı tanış olaq.
Ev girovu ilə kredit nədir? Üstünlükləri
Ev girov krediti adıçəkilən daşınmaz əmlakın girov qoyulması əsasında əldə olunan kredit məhsuludur. Yəni evin girov olaraq təqdim olunması borcalanın bank və ya maliyyə qurumuna borcunu ödəyə bilmədikdə evin borcalandan təhvil alınacağı şərti ilə verilir. Evi girov qoymaq kredit götürmək, xüsusilə iri məbləğlərdə kredit sifariş etmək üçün olduqca əlverişli hesab olunur. Bu, daha çox ev təmiri, avtomobil və ya yeni ev almaq, biznes qurmaq, biznesini böyütmək və ya digər məqsədlər üçün əldə olunur. Ev girovu ilə kredit faizləri banklarda adətən minimum 10%-12%-dən başlayaraq dəyişir. Eyni zamanda Bank Olmayan Kredit Təşkilatlarında da evi girov qoymaq kredit şərti kimi borcalanlara təklif olunur.
Torpaq girovu ilə kredit nədir? Üstünlükləri
Torpaq girovu ilə kredit götürmək üçün borcalan özünün və ya birinci dərəcəli qohumunun mülkiyyətində olan torpaq sahəsini təminat (girov) olaraq təqdim edir. Bu kredit növü əsasən kənd təsərrüfatı, biznes inkişafı, tikinti və ya fərdi ehtiyaclar üçün götürülə bilər. Ev girov krediti kimi torpaq girov krediti də iri məbləğlərdə nağd pula ehtiyac olduqda əldə oluna biləcək məhsullardandır. Torpaq girov qoymaqla kredit götürmək böyük məbləğdə və uzunmüddətli gələcəyi əhatələyən maliyyə dəstəyi əldə etməyə imkan yaradır. Belə ki, banklar adətən torpaq girovlu kredit ayırarkən müştərilərə kredit müddəti və məbləği üçün daha yuxarı rəqəmlər təyin etməyə icazə verir. Torpaq girovu ilə kredit faizləri banklarda adətən minimum 12%-dən başlayaraq dəyişir. Həmçinin Bank Olmayan Kredit Təşkilatlarına da bu kredit növü üzrə müraciət etmək olar.
Girovla kredit götürərkən nələrə diqqət edilməlidir?
Üstünlüklərdən danışmışkən qeyd etmək yerinə düşər ki, girovla kredit borcalanları həmin daşınmaz əmlakın itirilməsi ilə bağlı qorxuya sala bilir. Ancaq girov krediti götürərkən kredit məbləğini və müddətini düzgün seçmək, gələcək maliyyə vəziyyətini dəyərləndirmək, daşınmaz əmlakın gələcək illərdə qiymətlərinin necə dəyişə biləcəyi ilə ilkin proqnozlara baxmaq, ödənişləri vaxtlı-vaxtında ödəmək bütün riskləri aradan qaldırır.
Girov krediti kalkulyatoru nədir?
Adından da bəlli olduğu kimi girov krediti kalkulyatoru təminatlı nağd kredit və ya təminatlı nağd istehlak krediti əldə etmək istəyən şəxslər üçün hesablamalar aparmağa kömək edən maliyyə alətidir. Bu alət vasitəsilə girovla kredit faizləri, girovla kredit müddəti, girovla kredit məbləği kimi bir çox nüansları və ümumilikdə girovla kredit götürmək şərtləri barədə ilkin məlumatları əldə edə bilərsiniz. Girov kredit kalkulyatoru banklar tərəfindən müştərilərə təqdim olunur. Borcalanların bu baxımdan kredit planlaması etməsi daha da asanlaşır.
Sonluq
Son olaraq bildirək ki, girovla kredit almaq xüsusilə torpaq və ev kimi dəyərli əmlak növlərinin girov qoyulması maliyyə ehtiyaclarını qarşılamaq üçün son dərəcə effektiv üsullardandır. Bununla yanaşı, bu cür kreditlərin həm üstünlüklərini, həm də risklərini diqqətlə dəyərləndirmək vacibdir. Kreditin şərtlərini, faiz dərəcələrini və ödəniş müddətini diqqətlə araşdırmaq, həmçinin mümkün risklərə qarşı alternativ planlar hazırlamaq tövsiyə olunur. Eləcə də bankların mütəmadi olaraq təqdim etdiyi kampaniyalardan yararlanaraq daha sərfəli girov krediti əldə edə bilərsiniz.