Yeni ev almaq insan həyatı üçün veriləcək ən vacib qərarlardan biridir. Həyat tərzini, yaşayacağın insanları və ərazini, bəzən şəhəri dəyişmək qulağa olduqca həyəcanlı səslənir. Bu, həyatımızda bir çox mənalarda hadisələrin gedişatının daha da yaxşıya doğru dəyişməsinə şərait yaradan körpü rolunu oynayır. Yaxud sadəcə gələcəyə investisiya yatırmaq kimi uzaqgörən məqsədlərimizə çatmağa stimul verir. Bu çətin və məsuliyyətli yolda ipoteka kreditləri işlərimizin daha rahat və sürətli getməsini təmin edir. İpoteka kreditləri iri məbləğləri və uzun müddətləri əhatə etdiyi üçün banklar müştərilərinin işlərini asanlaşdırmaq məqsədilə ipoteka kredit kalkulyatoru alətini təqdim edir. Bəs bu alətin hansı üstünlükləri var? Gəlin tanış olaq.
İpoteka kalkulyator ilə kredit ödənişlərini onlayn hesablayın!
İpoteka kalkulyatoru İpoteka və Kredit Zəmanət Fondunun və bankların veb-saytında yer alan maliyyə alətidir. İnternetdə kredit götürmək istədiyiniz yerə uyğun axtarış edərək bu vasitə ilə ətraflı tanış ola bilərsiniz. Məs. Yelobank ipoteka kalkulyatoru. Çünki kredit qurumuna görə ipoteka kalkulyatorunun hesablama funksionallığı dəyişkəndir. Ümumilikdə sözügedən alət borcalanlara ümumi kredit məbləğini daxil edərək ona uyğun kredit müddətini, kredit faizini, aylar üzrə ödəniş məbləğini və ya digər məlumatları əldə etməyə kömək edir. İpoteka hesablama borcalanın banka gedərək vaxt itirməsinin və əlavə xərclərin qarşısını alır. Beləliklə, online ipoteka kalkulyator saniyələr içində bir çox suallara cavab tapmağa kömək edir.
İpoteka kalkulyatoru ilə gələcəyi planlaşdırın!
İpoteka kredit kalkulyatoru sayəsində aylıqdan tutmuş müddətin sonuna qədər bütün kredit ödənişlərini onlayn hesablamaq mümkündür. Bu o deməkdir ki, gələcək maliyyə planı qurmağınız yaxud böyük addımlar atmağınız üçün geriyə heç bir bəhanə qalmır. Rahatlıqla ipoteka hesablama apararaq bütün ödənişləri incəliyinə qədər dəqiq öyrənə və maliyyə planınızı əvvəlcədən qura bilərsiniz.
Güzəştli ipoteka kalkulyatoru ilə xərclərinizi daha yaxşı idarə edin!
Bildiyiniz kimi, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əhalinin müəyyən təbəqəsinə 4%-li güzəştli ipoteka kreditləri təqdim olunur. Guzestli ipoteka kalkulyatoru və ya digər adıyla desək, dovlet ipoteka kalkulyatoru da sözügedən məhsul üzrə yaradılan ipoteka hesablama alətidir. Belə ki, vətəndaşlar güzəştli ipoteka kreditləri üzrə 4 faizli ipoteka kalkulyatoru alətindən yararlana bilər. Eyni zamanda müvafiq alətlə bütün borcalanlar üçün 8 faizli ipoteka kalkulyatoru da mövcuddur. Hər iki hesablama üsulu aylıq gəlirinizə, ailə üzvlərinizin sayına, ilkin ödəniş faizinə və digər öhdəliklərə əsasən kredit müddəti və kredit məbləğini hesablamağa imkan verir. Həmçinin borcalana aylıq ödəniş, sığorta ödənişi, ilkin ödənişə minimal tələb və alınan evin ehtimal olunan dəyəri barədə də məlumat təqdim olunur.
Bankların ipoteka kreditlərini müqayisə edin!
Ölkəmizdə bankların əksəriyyəti tərəfindən borcalanlar üçün ipoteka krediti kalkulyatoru təqdim olunur. Beləliklə, bunun sayəsində bankların ipoteka krediti təkliflərini və şərtlərini müqayisə etmək asanlaşır. İlkin məbləğdən başlayaraq kredit ödənişlərinə, güzəştli şərtlərə qədər bütün nüanslara nəzər yetirib sizin üçün uyğun olan ipoteka kreditini seçə bilərsiniz.
İpoteka kalkulyatoru ilə hesablanmayan kreditlər!
Banklar mütəmadi olaraq ipoteka kreditləri üçün müxtəlif güzəştli şərtlər tətbiq edə və ya kampaniyalar həyata keçirir. Xüsusilə bayramlar ərəfəsində bu daha çox müşahidə olunur. Odur ki ev almaq planınızı həyata keçirərkən bankların veb-saytlarına, sosial media hesablarına göz gəzdirməkdə fayda var. Yaxud birbaşa əlaqə saxlayaraq cari kampaniya və şərtlərlə tanış ola bilərsiniz.
İpoteka kredit kalkulyator ilə işləriniz öz axarında gedəcək, xərcləriniz isə qaydasına düşəcək!
Böyük planlar və cəsarətli addımlar üçün büdcənizin qayğısına qalan, sizə daha dəqiq və gələcək yönümlü rəqəmlər verən bu aləti gözünüzdən uzağa qoymaq olmaz. Hətta kredit götürdükdən sonra da mütəmadi olaraq hesablamalar apararaq iri məbləğli ödənişlər edib kredit faizinizi azalda bilərsiniz. Sürətlə rəqəmsallaşan dünyada onlayn maliyyə alətləri ilə birgə planlar qurmaq işlərinizi daha da asanlaşdıracaq.