Günümüzdə işi bankdan keçməyən insan yoxdur desək, yanılmarıq. Müntəzəm olaraq insanlar tərəfindən əməkhaqqıdan tutmuş pensiyaya, debet kartlarından taksit və kredit kartlarına qədər müxtəlif bank məhsullarından istifadə olunur. Kredit kartı müştərilərin ən çox sevdiyi və geniş istifadə etdiyi bank məhsulları arasında daim üstünlüyünü qoruyur. 

Kredit karti nədir?

Kredit kartlari banklar və digər maliyyə təşkilatları tərəfindən müştərilərə qarşılıqlı razılaşma əsasında müxtəlif məbləğlərdə təqdim olunan kredit məhsuludur. Sözügedən kredit kartlari borcalanların istəyindən asılı olaraq plastik kart şəklində və ya rəqəmsal kredit kartı kimi təqdim oluna bilər. Əksər hallarda isə kredit kartını həm onlayn, həm də plastik şəkildə istifadə etmək mümkündür. Kredit karti sahibi bu kartdan müxtəlif məhsul və ya xidmətlərin satın alınması üçün istifadə edə bilər. Beləliklə, borcalanlar əvvəlcədən müəyyən edilmiş limit daxilində alış-veriş edə, ödənişlərini planlaşdıra və ümumilikdə bir çox maliyyə ehtiyaclarını qarşılaya bilər. Daha sonra isə borcalan xərclədiyi məbləği öncədən razılaşdırılmış kredit şərtlərinə və müddətinə uyğun olaraq aybaay ödəyir.

Kredit kartı almaq üçün nə tələb olunur?

Borcalan tərəfindən banklara kredit kartı sifarişi daxil olduqdan sonra borcverən şirkət müştərinin müvafiq sorğusunu dəyərləndirir. Azərbaycanda kredit kartı sifarişi üçün maliyyə şirkətlərindən asılı olmayaraq sorğu göndərən bütün şəxslərin 18 yaşının tamam olması tələb olunur. Bəzən isə bu limit 21 yaşdan yuxarı götürülür. Növbəti mərhələlərdə banklar və ya digər kredit təşkilatları borcalanın əməkhaqqı məbləğini, kredit məbləği sorğusunu, kredit tarixçəsini, cari borcunun olub-olmamasını, kredit növü üzrə müraciətini, həmçinin digər məlumatları dəyərləndirir.

Kredit karti sifarisi necə həyata keçirilir?

Ölkəmizdə fəaliyyət göstərən bankların hər birindən kredit kartı almaq mümkündür. Bunun üçün bankların veb saytında və ya mobil tətbiqində yer alan “Kredit kartı sifariş et” və ya “Kredit sifariş et” bölməsinə daxil olmaq lazımdır. Banklardan asılı olaraq kredit kart sifarisi bölməsi məğz eyni qalmaqla fərqli cür adlandırıla bilər. Burada ad, soyad, ata adı, əlaqə nömrəsi, kredit növü və məbləğinə uyğun, həmçinin tələb olunursa, digər məlumatlar da daxil edilib göndərilir. Eyni zamanda, kredit kartı sifarişi zamanı borcalandan məlumatların “Azərbaycan Kredit Bürosu”, “ASAN Finans” və digər məlumat bazalarından sorğu edilməsinə razılıq vermək də tələb oluna bilər. 

Hansı valyutalarda kredit kartı almaq olar?

Ölkəmizdə müxtəlif banklardan manat, avro, dollar, türk lirəsi olmaqla müxtəlif valyutalarda kredit kartlari əldə etmək mümkündür. Kredit kartının valyutasını istifadəyə uyğun şəkildə seçmək məqsədəuyğundur. Avropa və Türkiyə saytlarından onlayn alış-veriş edirsinizsə, yaxud daha çox səyahət etməyi sevirsinizsə və ya digər səbəblərdən dolayı xarici valyutalarda kredit kartı əldə etməyiniz faydalı olacaqdır. Əgər xərclədiyiniz məbləğlər ölkə daxilidirsə, yerli valyutada olan kredit karti sifarisi etməyiniz tövsiyə olunur.

Serfeli kredit kartlari hansılardır?

Ölkəmizdə banklar və kredit təşkilatları tərəfindən borcalanlara müxtəlif sərfəli kredit kartları təklif olunur. Sərfəli kredit kartı almaq üçün borcverən şirkətlər arasında araşdırma aparmaq lazımdır. Müxtəlif kredit növləri üzrə kredit kartları mövcuddur ki, borcalanın məqsədinə uyğun kredit kartını seçməsi faydalıdır. Məsələn, alış-veriş işləriniz üçün həm kredit, həm taksit xüsusiyyətlərini özündə birləşdirən kredit kartı sifarişi etmək məqsədəuyğundur. Biznes sahibisinizsə sahibkar kredit kartı əldə etmək işlərinizi həm asanlaşdırar, həm də arzuladığınız məbləğdə və güzəştli şərtlərlə kredit götürməyinizi təmin edər. Serfeli kredit kartlari barədə qərar verərkən kredit kartının faiz dərəcəsi, komissiyalar və xidmət haqqı, güzəşt müddəti, bonuslar və kəşbek imkanları, kredit limiti, həmçinin əlavə təkliflər və endirimlərlə bağlı nüanslara diqqət yetirmək lazımdır.

Sonluq

Kredit kartı almaq işlərimizin daha asan və sürətli formada həyata keçməsini təmin edir. Təhsil xərclərindən tutmuş səyahət, alış-veriş planlarına və ya təcili ödənişlərə qədər xərclərinizi səmərəli şəkildə idarə etməyə kömək edir. Kredit kartlarını təqdim edən maliyyə şirkətləri əksər hallarda borcalanın ehtiyaclarına uyğun münasib şərtlər təqdim edir. Bu səbəbdən kredit kartları üzrə sizə uyğun olan məhsulu seçin və üstünlüklərindən yararlanın.