Həyatımızda son illərdə hadisələr sürətlə bir-birini əvəz edir. Bəzən zamanın su kimi axıb getdiyini hiss edirik. Bəzən işlər yağ kimi yolunda gedir, bəzən isə təcili işlərimiz çıxır. Həll olunası işlərin bir çoxu da büdcəmizdəki puldan birbaşa asılı olur. Tələsdiyimiz zamanlarda isə gözümüz dərhal və əlavə sənədlər toplamadan kredit verən yerləri axtarır. Onlardan biri də lombard kreditləridir. Bəs lombard kreditlərini necə götürmək olar.

Lombard nədir?

Lombard kreditə borc pul götürmək üçün müəyyən qiymətli əşyaların əsasən qızıl-zinət əşyaları, qiymətli metalların və ya digər dəyərli əmlakın girov qoyulmasıdır. Burada əsas məqsəd təcili pula ehtiyacı olan şəxslərin girov qoyaraq daha sürətli kredit götürə bilməsidir. Ən çox istifadə olunan girov növü isə qızıldır. Belə ki, lombard qizil kimi qiymətli əşyalarınız sayəsində təcili tibbi xərclər, təmir və ya digər şəxsi ehtiyaclar üçün işləri yoluna qoymağınızı asanlaşdırır. Lombardları bankların bir qolu kimi düşünmək olar, ancaq onlar banklardan tamamilə ayrı şəkildə və rəsmi dövlət lisenziyası ilə fəaliyyət göstərən xidmət sektorudur.  

Lombard kredit şərtləri necədir?

Müştəri lombarda qiymətli əşyalarını girov qoyaraq həmin girovun bazar dəyərində, yaxud ona yaxın məbləğdə nağd kredit əldə edir. Əgər kredit vaxtında ödənilərsə, girov qoyulan əşya olduğu formada müştəriyə geri qaytarılır. Əks halda həmin əşya lombard tərəfindən satışa çıxarılır. Lombard kredit götürmək istəyən şəxslər qarşısında bir sıra ümumi şərtlər irəli sürür ki, buraya müştərinin Azərbaycan vətəndaşı olması, 18 yaşdan yuxarı olması kimi nüanslar daxildir. Kredit 1-3 aydan başlayaraq müxtəlif müddətlərə qədər təklif oluna bilər. Əsasən tələb edilməsə də, bəzi banklarda rəsmi gəlirə dair sənəd tələbi mümkündür.

Lombard krediti haradan götürmək olar?

Lombard krediti rəsmi lisenziyaya malik lombardlarda və ya bir sıra banklarda təklif olunur. Borcalanlar daha çox şəhər mərkəzlərində yerləşən fiziki lombard filiallarına üstünlük verir. Burada şəxsiyyət vəsiqəsi və girov qoyulacaq əşya ilə müraciət etmək kifayətdir. Həmçinin banklarımızın demək olar hamısında sərfəli qizil lombard və digər təminat kreditləri təklif olunur. 

Ən yüksək dəyərlə lombard qizil krediti harada olur?

Ən yüksək dəyərlə lombard qizil krediti adətən qızılın real bazar qiymətinə yaxın qiymətləndirildiyi, şəffaf və peşəkar xidmət göstərən lombardlarda, həmçinin banklarda verilir. Müştərinin təqdim etdiyi qızıl-zinət əşyaları dəqiq cihazlarla qiymətləndirilərək onların çəkisi, əyarlılığı və ümumi bazar dəyərinə əsasən kredit təklif edilir. Əgər qızıl saf və yüksək əyarlıdırsa, onun girov dəyəri də yüksək olacaq və buna uyğun olaraq daha çox məbləğdə kredit almaq mümkündür. Bundan başqa, banklarda lombard krediti kalkulyatoru mövcuddur ki, borcalanlar bu alət sayəsində ən yüksək dəyərdə qizil lombard kreditləri təklif edən bankları rahatlıqla tapa bilərlər. Bu kalkulyatorlar bankların veb-saytında və mobil tətbiqində yer alır. Kredit məbləği və müddətini daxil etməklə, aylıq və ümumi kredit ödənişini öncədən hesablaya, sizin üçün ən uyğun olan bankı seçə bilərsiniz.

Qızılınızı lombarda, işlərinizi isə yoluna qoyun!

İstər qarşınıza çıxa biləcək yeni fürsətləri dəyərləndirmək olsun, istərsə də təcili çıxan işləri həll etmək olsun, lombard kredit götürmək üçün ən əlverişli üsullardandır. Qalaq-qalaq sənədlər toplamadan, birbaşa lombardların filiallarına, yaxud banka yaxınlaşırsınız. Hətta hazırda banklardan onlayn lombard krediti sifarişi etmək də mümkündür. Qızılınızın qramını qeyd edirsiniz və tələb olunan məlumatları doldurursunuz və sifarişinizi göndərirsiniz. Sifarişdən öncə lombard krediti kalkulyatoru ilə də hesablamalar aparmaq və bir neçə bankın təklifini dəyərləndirmək yaxşı olar. Sahib olduğunuz qiymətli əşyalarla kreditlər götürün, işlərinizi daha sürətli və rahat şəkildə yoluna qoyun.