Bir neçə il işləyim, pul yığım öz işimi quraram. Kursa başlayım, hər şeyi öyrənim öz biznesimi quraram. Satışlarım artsın, yeniliklər edərəm… Bu və oxşar cümlələrdə özünü tapan minlərlə insan var. Biznes dünyası isə son dərəcə sürətlidir. Gərək gözləmədən, zəif yaxud güclü olmasından asılı olmayaraq, daim sürətli addım atasınız. Gələcəkdə etməyi düşündüyünüz addımlar üçün elə indidən hərəkətə keçmək lazımdır. Təbii ki işinizə yarayan vasitələr və maddi mənbələr tapmaq da önəmlidir. Yola yeni başlayanlar və müəyyən qədər yol qət edənlər, hətta daha böyük yola çıxmağa hazırlaşanlar üçün mikrokredit götürmək işləri daha da asanlaşdıra bilər. Bəs necə? Ümumiyyətlə mikrokredit nədir?

Mikrokredit nedir?

Günümüzdə maliyyə çatışmazlığı kiçik, orta və böyük olmasından asılı olmayaraq, hər bir sahibkarlıq fəaliyyəti üçün güclü maneələrdən biridir. Mikrokreditlər məhz bu zaman meydana çıxan və yaranan çətinlikləri aradan qaldıran maliyyə vəsaitləridir. Mikro kredit adından da göründüyü kimi kiçik məbləğdə verilən kredit formalarından biridir. Bu kreditlər əsasən yeni biznes qurmaq, startapları maliyyələşdirmək, ticarətə başlamaq, yaxud qısa müddətli maliyyə ehtiyaclarını qarşılamaq məqsədilə əldə olunur. Sözügedən krediti maliyyə təşkilatlarının filiallarına yaxınlaşaraq və online mikro kredit sifarişi əsasında əldə etmək mümkündür.

Mikro biznes krediti ilə biznesinizi böyüdün!

Kiçik biznes sahibləri böyük biznes hədəflərinə çatmaq üçün çox vaxt daha az itkiylə başa gələn planlarla addımlamağa çalışırlar. Bu zaman şəxsi maliyyə vəsaitlərinə və ya dost-tanış yardımına güvənirlər. Lakin bu həmişə kifayət etmir. Məhz bu zaman maliyyə təşkilatları mikro biznes krediti məhsulu ilə sahibkarlara öz kömək əlini uzadır. Mikro kredit almaq xəyal etdiyiniz biznesi qurmağınızı, daha sürətli böyüməyinizi, yeni fürsətləri dəyərləndirməyinizi tezləşdirir. Kiçik sahibkarlıqdan başlayan yol bir anda böyük bazarlara gedib çıxır. 

Yüksək qazanclı bizneslərin qurulduğu kiçik pullar!

Təsəvvür edək ki, mağazanıza yeni cihaz almaq üçün sizin 5 000 AZN pula ehtiyacınız var. Bu məbləği mikrokredit şəklində əldə edərək ya cihazın özünü birbaşa ala, yaxud məbləği birbaşa götürə bilərsiniz. Faizləri və komissiyaları isə gözünüzdə böyütməyin. Yeni cihazınız sayəsində qazandığınız yeni müştərilər sizə daha böyük məbləğləri gətirəcəkdir.

Mikro kredit almaq üçün düzgün hesab-kitab aparın!

Rəqəmlərlə aranız yaxşı olsa da unutmayın ki, sizdən daha çox qazanmağı hədəfləyənlər də var. Odur ki biznesinizlə bağlı atacağınız bütün addımlarda haqq-hesabı diqqətli şəkildə aparmaq lazımdır. Xüsusilə mikrokredit almağa hazırlaşırsınızsa. Bunun üçün mikro kredit kalkulyatoru alətindən istifadə etməyiniz tövsiyə olunur. Adıçəkilən alət sayəsində aylıq ödənişlər, faizlər, ümumi borc məbləği kimi önəmli məlumatları qabaqcadan görmək olur. Belə ki, kalkulyatora götürmək istədiyiniz kredit məbləğini daxil edirsiniz və müddəti seçirsiniz. Bunun əsasında kalkulyator aylıq ödənişlərinizi və ümumi kreditin nə qədərə başa gələcəyini hesablayır. Beləliklə, bir neçə dəqiqə ərzində müxtəlif bankların mikrokredit təkliflərini rahatlıqla dəyərləndirə və sizin üçün uyğun olan krediti sifariş edə bilərsiniz.

Mikrokredit üçün vaxt itirməyin, onlayn sifariş edin!

Sifariş etməkdən danışmışkən bankların rəsmi veb-saytları, sosial media hesabları və mobil tətbiqləri vasitəsilə online mikro kredit sifarişi etmək də mümkündür. Sizdən ad, soyad, fəaliyyət sahəsi, əlaqə nömrəsi kimi qısa məlumatları daxil etməyiniz tələb olunur. Bu məlumatlar əsasında bank əməkdaşları sizinlə əlaqə saxlayacaq və daha ətraflı məlumat verəcəkdir. Onlayn mikrokredit sifarişi əlavə vaxt və pul itkisinin qarşısını alır, daha tez məlumat almağınızı təmin edir və işlərin gedişatını sürətləndirir. Seçiminizdən asılı olaraq, kredit götürdüyünüz məbləğ balansınıza köçürülə bilər, yaxud nağd şəkildə bank filialından da əldə edə bilərsiniz.

Mikrokredit alın, biznesinizin sabahını bu gündən dəyişin!

Mikrokreditlər sayəsində imkansız görünən bir çox xəyallar gerçəyə çevrilir, çətinliklər aradan qalxır, güclü kadrlar yetişir, cəmiyyət yeni və faydalı xidmətlər qazanır.  Siz də əgər maliyyə ehtiyaclarınızı qarşılamaq, yaxud kiçik bir addımla böyük dəyişiklik yaratmaq istəyirsinizsə, mikro kredit almaq doğru başlanğıc ola bilər. İndi hər şeyi axtardığımız yerdə tapmaq mümkündür. Mikro kredit kalkulyatoru ilə hesablayın, müqayisə edin və ən sərfəli krediti seçərək sifariş edin. Unutmayın ki, sabahınızın taleyini bir anda dəyişmək gücü öz əlinizdədir.