Taksit kartları gündəlik alış-verişi daha rahat və əlçatan edən maliyyə alətlərindən biridir. Nağd pul ödəmədən istədiyiniz məhsulu əldə edib, ödənişi hissə-hissə həyata keçirmək imkanı verir. Daha çox elektronika, geyim, məişət texnikası və digər böyük məbləğli alış-verişlərdə geniş istifadə olunur. Ancaq sərfəli taksit kart almaq olduqca vacibdir. Çünki hər taksit kartının şərtləri fərqlidir və onlardan düzgün istifadə etmək zəruridir. Odur ki “Taksit kartı nədir?” sualına ətraflı cavab tapaq.
Taksit kartı nədir? İstifadə qaydası
Taksit karti müəyyən məhsul və ya xidmətlər üçün faizsiz və hissə-hissə ödəniş etməyə imkan verən bank məhsuludur. Bu kart vasitəsilə alış-veriş etdikdə ödəniş birdəfəlik deyil, bir neçə ay ərzində bərabər hissələrə bölünərək həyata keçirilir. Beləliklə, bahalı məhsul və xidmətləri rahatlıqla alıb, ödənişini daha kiçik məbləğlərdə banka geri ödəyə bilərsiniz. Çünki taksit kartınızına aid olduğu bank sizin əvəzinizdən mağaza və digər məkanlara ödənişi bütöv şəkildə ödəyir. Taksit kartındakı məbləğ hər kəsdə fərqli olur. Bu əsasən borcalanın rəsmi gəlirinə, iş stajına, fəaliyyət növünə, kredit tarixçəsinə, əldə etmək istədiyi məbləğə və digər amillərə əsasən dəyişir. Beləliklə, kartınızdakı ümumi məbləğ səviyyəsində alış-veriş etməyiniz mümkündür. Aldığınız məhsul və xidmət növünün qiyməti hesabınızdan daha yüksək məbləğdə olduqda həmin anda bank sizin üçün əlavə borc təyin etmir. Yaxud mənfi balans yaranmır. Yalnız müvəkkil bankla əlaqə saxlayaraq kredit xəttinizin artırılmasını istəyə bilərsiniz.
Ən sərfəli taksit kartları ilə alış-verişdən zövq alın!
Taksit kartları yeni-yeni istifadə olunmağa başlayanda ala biləcəyimiz məhsul və xidmət sayı barmaqla sayılacaq qədər idi. Hətta xidmətlər demək olar yox dərəcəsində idi. Ancaq indi sözügedən kartlarla tibbi xidmətlərdən tutmuş okeanın o biri tayında yerləşən universitetlərin ödənişli kurslarına qədər almaq olar. Həmçinin çeşidlər də çoxdur. Bəs ən serfeli taksit kartlari hansıdır? Bu sualın cavabı ilk olaraq bankların partnyor mağazalarının siyahısında gizlənir. Əgər həmin siyahıdakı mağaza və məkanlarla sizin alış-veriş vərdişləriniz üst-üstə düşürsə, növbə faizlərin, komissiyaların olub-olmadığını dəqiqləşdirməkdir. Ən vacib məqamlardan biri isə hissəli alışın minimum və maksimum ay sayıdır. Adən taksit kart müddəti 1-3 aydan başlayaraq 24 aya qədər olur. Bundan başqa, artıq taksit karti ilə ödəniş edərkən yüksək faizli keşbeklər qazanmaq da mümkündür. Yaxşı olar ki, alış-veriş həcminizə, ehtiyacınız olan xidmətlərə və məbləğə, ən çox getdiyiniz məkanlar və ümumilikdə pul xərcləmək vərdişlərinizə uyğun kartı əldə edəsiniz. Bankların veb-saytlarında sözügedən kartlar barədə ətraflı məlumatlar yer alır.
Taksit kartlarından nağd pul çıxarmaq mümkündür?
Taksit kartındakı pulu nağdlaşdırmaq hər kəsi düşündürən suallardan biridir. Demək olar ki, əksər taksit kartlarından pulu nağdlaşdırmaq mümkündür. Əlavə faizlər və komissiyalara görə adətən buna üstünlük verilmir. Ancaq bəzi taksit kartlarında isə nağdlaşdırma və köçürməyə əlavə faiz tətbiq edilmir. Əgər sizə nağd pul lazımdırsa, bu nüansı nəzərə alaraq banklar arasında araşdırma aparın və uyğun məhsulu əldə edin.
İşsizlər və tələbələr taksit kartı ala bilər?
Banklar kredit və ya taksit kartlarını verərkən müştərinin əsasən rəsmi gəlirinin olub-olmadığını, kredit tarixçəsini və yaş həddini nəzərə alır. İşsizlər üçün taksit kartı rəsmi iş yeri olmasa da, əlavə gəlir mənbəyi yaxud zamin, girov təqdim edildiyi halda verilə bilər. Eyni zamanda təqaüd alan, ödənişli təcrübə proqramlarında çalışan və rəsmi gəliri olan tələbələr taksit kart sifarisi edə bilər.
İlk dəfə taksit kartı alırsınızsa, bunları bilməlisiniz!
Takist kart sifarişi etməyə hazırlaşırsınızsa və bu sizin ilk təcrübənizdirsə, doğru yerdəsiniz. Elə isə başlayaq! İlk dəfə kart aldığınız üçün, məhsul sizə məhdud limitlə təqdim olunacaq. Lakin vaxtında ödəniş etdikcə limitiniz artacaq. Ödənişləri mütləq şəkildə vaxtlı-vaxtında ödəyin, gecikdirməyin və güzəşt müddətini aşmamağa çalışın. Əksər banklar faizsiz taksit kartları təqdim edir. Amma bu, əksərən bankın partnyor mağazalarında və müəyyən müddətə qədər keçərli ola bilir. Odur ki pul xərcləməzdən qabaq partnyor siyahısını və şərtləri nəzərdən keçirin. Bundan başqa, aylıq ödənişləri bankların öz ödəniş terminallarında ödəməyiniz tövsiyə olunur. Çünki digər terminallarda (məs. MilliÖn, eManat və s.) ödəniş edərkən əlavə faiz tutulur. Diqqətli və planlı şəkildə istifadə etdikcə daha çox məhsulu az-az ödəyərək əldə edə bilərsiniz.