Keçmiş dövrlərlə müqayisədə günümüzdə həyat standartları dəyişir və sürətlə yenilənir. Əvvəllər insanlar əksərən sadəcə aldıqları əməkhaqqı ilə kifayətlənmək məcburiyyətində qalırdı. Təcili pula ehtiyac yarandıqda tapmaq üçün böyük əziyyətlərə qatlaşırdısa, yaxud ümumiyyətlə tapa bilmirdisə, hazırda bu kimi problemlərin olduqca asan və sürətli həll yolları mövcuddur. İndi banklar və ya kredit təşkilatları əhaliyə maliyyə çətinliklərini aradan qaldırmaq üçün bir çox fürsətlər təqdim edir. Belə ki, bu məqsədlə vətəndaşlara təcili kreditə pul götürmək imkanları yaradılır.
Təcili kredit haqqında
Təcili kredit adından da bəlli olduğu kimi, təcili və ya fövqəladə vəziyyətlərdə yaranan maliyyə ehtiyaclarını qarşılamaq üçün əldə olunur. Banklar və ya kredit təşkilatlarından sözügedən məhsulu əldə etmək olar. Tecili kredit əldə olunmasının nisbətən rahat və sürətli olması ilə fərqlənir. Müəyyən aylara bölünən kiçik ödənişlər böyük işlər görmək üçün əsl büdcə dostudur. Ölkəmizdə fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq, 18 yaşı tamam olan hər kəs təcili kredit əldə edə bilər.
Tecili kreditin üstünlükləri
Təcili kredit götürmək, xüsusilə online tecili kredit götürmək sürprizlərlə dolu həyatımızda məsuliyyətlərimizin və çətinliklərimizin öhdəsindən gəlməyə yardım edir. Təcili kredit sifarişi banklar tərəfindən sürətli təsdiq olunur və müvafiq məbləğ bəzən bir neçə saat ərzində hesaba köçürülür. Ənənəvi kreditlərdən fərqli olaraq təcili kreditlər üçün tələb olunan sənədlərin sayı daha azdır. Bu o deməkdir ki, ehtiyac olan məbləği əldə etmək olduqca asandır. Bundan başqa, təcili kreditlər adətən kiçik məbləğləri əhatə edir. Bu zaman faiz dərəcəsi və cərimə məbləği kimi şərtlər də qənaətbəxş olur. Borcalan təcili kredit pul əldə edərkən geri ödənişləri vaxtlı-vaxtında edərsə, daha böyük məbləğli kreditlər əldə etməsi üçün kredit tarixçəsini də yaxşılaşdırmış olur.
Tecili kredit götürmək məqsədləri
Tibbi xərclər, səyahət edərkən yaranan problemləri aradan qaldırmaq, təhsil ödənişlərini tamamlamaq, xarab olmuş avtomobilini təmir etdirmək, ev əşyaları almaq, bəzən sadəcə pul bitdikdə və digər bütün vəziyyətlərdə təcili kredit pul ehtiyaclarının zamanında qarşılanmasına kömək edir. Həmçinin biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar da yaranan müvəqqəti problemləri bu yolla aradan qaldıra bilər. Beləliklə, tecili kredit pul toplaya bilməyən, xərclər birdən-birə çoxaldıqda, əlavə xərclər yarandıqda və digər vəziyyətlərdə hərkəsə işin içindən ustalıqla çıxmağı təmin edir.
Tecili kredit pul götürmək üsulları
Təcili kredit pul götürmək üçün bankların (həmçinin kredit təşkilatlarının) filiallarına yaxınlaşaraq ənənəvi və ya onlayn formada müraciət etmək olar. Ənənəvi formada müraciət etdikdə adətən borcalandan sadəcə şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur. Tecili kredit online formada götürüldükdə borcalan kredit müraciətini müvafiq bankın və ya kredit təşkilatının veb saytı üzərindən həyata keçirir.
Online tecili kredit sifarişi
Borcalan online kredit sifarişi bölməsinə daxil olur, ad və soyad məlumatlarını, cari əməkhaqqı məbləğini, kredit məbləğini, əlaqə nömrəsini, həmçinin tələb olunan digər məlumat varsa, həmin xanaları dolduraraq online tecili kredit sifarişi prosesini tamamlayır. Bundan başqa, təcili kredit sifarişi tamamlanarkən borcalan, həmçinin kredit götürdüyü maliyyə şirkətinə “Azərbaycan Kredit Bürosu”ndan kredit tarixçəsi və “ASAN Finans”dan fərdi məlumatların alınmasına razılıq verdiyini təsdiqləyir. Bu nüans təcili kredit əməkdaşlarının müştərinin məlumat bazasını ətraflı şəkildə araşdırması və ayrıla biləcək kredit məbləğini, kredit şərtlərini hesablaması üçündür.
Sonluq
Təcili kreditlər işləri sürətli və effektiv həll etmək üçün ideal seçimdir. Ənənəvi formada, yaxud online tecili kredit götürməyinizdən asılı olmayaraq, eyni zamanda bir neçə bankın təkliflərini araşdırmağınız faydalıdır. Bu daha münasib şərtləri dəyərləndirməyinizə kömək olacaq. Düzgün qaydada xərcləndikdə tecili kredit hazırkı və gələcək planları həyata keçirmək üçün bütün şərtləri sizin xeyrinizə dəyişir.