Onlayn kredit nədir?
Kredit- maliyyə vasitəçiləri olan banklar tərəfindən təklif olunan bir məhsuldur.Kreditin istifadə qaydası isə, çox sadədir: Müştəri bank ilə bankın spesifik kredit qaydalarını özündə əhatə edən müqaviləni imzalayır və hər iki tərəfin razılaşmasından sonra, müştəri xidmətdən yararlanır.
Bəs onlayn kredit sifarisi üçün lazımi şərtlər nələrdir ?
Onlayn kredit götürmək istəyən şəxslərdən adətən bu məlumatlar tələb oluna bilər:
- Şəxsiyyət vəsiqəsi məlumatları
- Gəlir haqqında məlumatlar
- İş yeri haqqında
- Əlaqə məlumatları və s.
Onlinekreditkalkulyatoru necə isləyir ?
Onlayn kredit kalkulyatoru sizin maaşınıza, seçdiyiniz faizə, kredit müddətinə və miqdarına uyğun sizə aylıq ödəyəcəyiniz məbləği təyin etməyə kömək edən vasitədir.
Onlayn Kreditin üstünlükəri nələrdir ?
Müasir dövrdə geniş yayılmış kredit növlərindın biri də onlayn kreditlerdir və bunda əlavə bu kredit növünün müştəri üçün bir sıra üstünlükləri var :
- Tez və Rahat Müraciət: Onlayn krediti sifariş və əldə etmək üçün banka getməyə ehtiyac yoxdur. Evinizdən və ya ofisinizdən internet vasitəsilə rahat şəkilfə və tez müraciət edə bilərsiniz.
- Tez Təsdiq: Ənənəvi kreditlərdən fərqli olaraq, onlayn kredit müraciətləri adətən daha sürətli təsdiq olunur. Hətta bəzən bu vaxt bir neçə dəqqiqə ola bilər
- Ətraflı Müqayisə: Müxtəlif kredit təkliflərini asanlıqla müqayisə edə və sizin üçün ən əlverişli şərtləri seçə bilərsiniz.
- 24/7 Əlçatanlıq: Ənənəvi kreditlərdən fərqli olaraq, Onlayn kreditlər günün istənilən vaxtında müraciət etmək imkanı verir (Hətta həftəsonları və ya digər qeyri-iş günləri).
Onlayn krediti nə üçün istifadə edilə bilər ?
Onlayn kreditlərdən istifadə sizin şəxsi istifadənizdən və məqsədlərinizdə asılı olaraq dəyişə bilər. Lakin bu kreditlər daha çox aşağıdakı sahələrə istifadə etmək üçün götürülür:
- Ev və ya avtomobil almaq
- Biznes fəaliyyətini genişləndirmək
- Gündəlik ehtiyacları qarşılamaq
- Təhsil xərclərini ödəmək
- Sağlamlığı üçün istifadə etmək və s.
Onlayn Kredit zamanı ola biləcək risklər
Hər kredit növü kimi Onlayn kreditin də bir çox riskləri var. O risklərdən bəziləri bunlardır :
- Yüksək Faiz Dərəcələri: Bəzi onlayn kreditlər ənənəvi bank kreditlərindən daha yüksək faiz dərəcələrinə malik ola bilər.
- Geri Ödənilməməsi Halında Təhlükə: Kreditin vaxtında geri ödənilməməsi borcun daha da artmasına və kredit tarixçəsinə mənfi təsir edə bilər.
- Müqaviləni Dəqiq Oxumaq: Onlayn kredit müqaviləsini diqqətlə oxumaq və bütün şərtləri anlamaq vacibdir.