İpoteka krediti, daşınmaz əmlak (adətən ev və ya mənzil) almaq istəyən şəxslər üçün banklar (ipoteka banklari) tərəfindən təqdim olunan uzunmüddətli bir kredit növüdür. Bu kredit növü, alınacaq daşınmaz əmlakın təminat kimi bank tərəfindən girov götürülməsi şərti ilə verilir. Yəni, siz ev sahibi olursunuz, lakin borcunuzu tam ödəyənə qədər banka müəyyən faiz dərəcəsi ilə aylıq ödənişlər edirsiniz.

ipoteka kredit kalkulyator

İpoteka kredit kalkulyatoru, istifadəçilərə ipoteka krediti götürməzdən əvvəl aylıq ödəniş məbləğlərini və ümumi ipotekanin hesablanmasi üçün istifadə olunan  bir vasitədir. Bu cür kalkulyator, kredit məbləği, faiz dərəcəsi və müddət kimi məlumatları daxil etdikdən sonra, bu verilərə əsaslanaraq aylıq ödəniş məbləğini və ümumi geri ödəmə məbləğini hesablayır.

İpoteka Kredit Kalkulyatoru Necə İşləyir?

  1. Kredit Məbləği (Ana məbləğ): Götürmək istədiyiniz kredit məbləğini daxil edirsiniz. Məsələn, 200.000 AZN.
  2. Faiz Dərəcəsi: Bank tərəfindən müəyyən edilmiş illik faiz dərəcəsini daxil edirsiniz. Məsələn, 5%.
  3. Müddət: Kreditin neçə il ərzində ödəniləcəyini göstərən müddəti daxil edirsiniz. Məsələn, 22 il.

Bu məlumatları daxil etdikdən sonra, kalkulyator sizə aylıq ödəniş məbləğini və kreditin sonuna qədər ödəyəcəyiniz ümumi məbləği göstərəcək.

İpotekanin hesablanmasi necədir ? 

İpoteka kreditinin hesablanması kredit məbləğinə, faiz dərəcəsinə və kredit müddətindən asılıdır və aylıq ödənişlərin müəyyən edilməsini əhatə edir. Necə hasablanır ?
İpoteka kreditinin hesablanması üçün lazımlı məlumatlar:

Kredit məbləği (Əsas borc): Borc aldığınız ipoteka kreditinin ümumi məbləği.
Faiz dərəcəsi: İpoteka üçün tətbiq edilən illik faiz dərəcəsi.
Kredit Müddəti: İpoteka müddəti – adətən il olur.
Aylıq Ödənişlər: İpoteka kreditini ödəmək üçün hər ay ödəyəcəyiniz məbləğ.

İpoteka Hesablama düsturu
Aylıq ödənişləri hesablamaq üçün düstur:

Tutaq ki, siz 100,000 AZN məbləğində bir ipoteka krediti aldınız, illik faiz dərəcəsi 5%, və kredit müddəti 20 ildir (240 ay).

  • P = 100,000 AZN
  • r = 5% / 12 = 0.004167 (aylıq faiz dərəcəsi)
  • n = 20 il x 12 ay = 240 ay

Bu məlumatları formulaya tətbiq edək:

Bu hesablamadan sonra aylıq ödəmə məbləği təxminən 660 AZN olacaq.

İpoteka Kreditinin Şərtləri 

İpoteka kreditinin şərtləri müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Əsas şərtlərdən biri faiz dərəcəsidir. Faiz dərəcəsi bankdan banka fərqlənir və ümumiyyətlə sabit və ya dəyişkən ola bilər. Sabit faiz dərəcəsi, kredit müddəti boyunca eyni faizlə qalır, dəyişkən faiz dərəcəsi isə bazar şərtlərinə görə dəyişir.

Başqa bir vacib şərt ilkin ödənişdir. Banklar adətən mənzilin dəyərinin 20-30%-ni ilkin ödəniş olaraq tələb edirlər. İpoteka krediti əldə etmək üçün sabit gəlir və yaxşı kredit tarixi vacibdir. Banklar, müştərinin gəlirini, iş stajını və kredit tarixçəsini nəzərə alaraq kredit verib-verməyəcəyini müəyyənləşdirir.\

İpoteka Kreditini Necə Əldə Etmək Olar?

İpoteka krediti əldə etmək üçün ilk addım, ev sahibi olmaq istədiyiniz əmlakın dəyərini və lazımi ilkin ödəniş məbləğini təyin etməkdir. Daha sonra müxtəlif bankların təklif etdiyi ipoteka kreditləri arasında müqayisə apararaq, sizin üçün ən sərfəli şərtləri təklif edən bankı seçməlisiniz. Banka müraciət etdikdə, sizdən müxtəlif sənədlər tələb ediləcək: şəxsiyyət vəsiqəsi, gəlir haqqında arayış, iş yerindən verilmiş arayış və alınacaq əmlakın sənədləri.

Müraciətiniz qəbul edildikdən sonra, bank əmlakın dəyərini və sizin maliyyə vəziyyətinizi dəyərləndirəcək. Kreditin təsdiqlənməsi halında, notarius vasitəsilə kredit müqaviləsi imzalanacaq və mənzil sizin adınıza rəsmiləşdiriləcək. Unutmayın ki, kredit öhdəliklərinin yerinə yetirilməməsi halında bank əmlakı müsadirə edə bilər.

İpoteka Kreditinin Üstünlükləri

İpoteka krediti ilə ev sahibi olmağın bir çox üstünlükləri var. Əsas üstünlük böyük məbləğdə pul ödəmədən ev sahibi olma imkanıdır. Uzun müddət ərzində edilən aylıq ödənişlər büdcənizi planlamağa və digər maliyyə məqsədlərinizi həyata keçirməyə kömək edir. Bundan əlavə, əmlak bazarında qiymətlərin artması halında, aldığınız mənzilin dəyəri də yüksəlir ki, bu da gələcəkdə sizə əlavə qazanc gətirə bilər.

Categories: